AZ

Azərbaycan çempionatının qalibi bu komanda oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən final matçında "Azərreyl" və "Murov Az Terminal" üz-üzə gəlib.

Oyundan əvvəl regional voleybol klublarının yeniyetmə oğlan voleybolçuları və finalçıların iştirakı ilə komandaların paradı baş tutub. Sonra Azərbaycan çempionatının kuboku meydançaya gətirilib.

Ardınca Dövlət Himni səsləndirilib və qarşılaşma start götürüb. Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili və AVF-nin rəhbərliyinin də izlədiyi oyun gərgin keçib.

"Azərreyl" ilk setdə qalib gəlsə də növbəti iki hissəni "Murov Az Terminal" aktivinə yazdırıb. Dördüncü setdə qələbə qazanan "Azərreyl" ümumi hesabı bərabərləşdirib və matçın taleyi tay-brekdə həll olunub.

Həlledici hissədə 15:13 hesabı ilə qalib gələn "Azərreyl" finaldan 3:2 hesablı qələbə ilə ayrılıb və Azərbaycan çempionu adını qazanıb.

"Murov Az Terminal" isə Yüksək Liqanın gümüş medalına sahib çıxıb. Bürünc medalı isə üçüncü yer uğrunda görüşdə MOİK-i məğlub edən "Neftçi" klubu qazanıb.

Komandalara medallar sabah keçiriləcək mükafatlandırma mərasimində təqdim olunacaq.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla