AZ

Güney Azərbaycanın şəhərlərində etiraz aksiyası keçirilib

Dövlət Rabitə Cəmiyyətinin təqaüdçüləri aprel ayının 22-də Təbriz, Urmu, Ərdəbil, Həmədan və Ərak şəhərlərində aksya keçirməklə dövlətin yerli vəzifəlilərindən qanuni istəklərinə baxılmasını tələb ediblər.

“Abbas Lisani” Məlumatlandırma İnternet Səhifəsinin xəbrinə istinadən Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ədəbil, Həmədan və Mərkəzi əyalətlərinin Dövlət Rabitə Cəmiyyətinin təqaüdçüləri cəmiyyət tərəfindən verilmiş sözlərin icra olunmadığına etiraz məqsədi ilə həmin əyalətlərin mərkəz şəhərlərində toplaşıblar.

Aksiya iştirakçıları tələblərini bildirəm plakadlar qaldırıb şüarlar səsləndiblər. 

O, cümlədən “söz vermək yetər, masamız boşdur”, “təqaüdçü haray çək, haqqını tələb et”, “yalançı vəzivəlilər, verdiyiniz sözlərin nəticəsi hanı” və sair şüarlar səsələndiriblər.

Təqaüdçülər aksiya zamanı hüquqlarının tam reallaşmasına qədər toplaşmalarını davam etdirəcəklərini bildiriblər.

visiontv.az



Seçilən
80
Mənbələr
Şərh ()
Bağla