AZ

Elnur Məmmədov: Ermənistan sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərə məxsus olduğu iddia edilən saxta hesablar yaradıb

Ermənistan sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərə məxsus olduğu iddia edilən saxta hesablar yaradıb. Onların vasitəsilə nifrət nitqi yayılırdı.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“2021-ci ildə “Twitter” Ermənistan hökumətinə bağlı olan, azərbaycanlılara qarşı nifrət nitqi yayan və ya saxta hesablar olan, həmçinin guya azərbaycanlı istifadəçilərə məxsus olan və ermənilərə qarşı nifrət ifadə edən 30-dan çox hesab müəyyən edib”, - o qeyd edib.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla