AZ

Ərdoğandan Ermənistana xəbərdarlıq: “Bu qapı həmişə açıq olmayacaq”

Ermənistanın qondarma soyqırımı bir kənara qoymasının vaxtıdır.

Teleqraf,com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışında “soyqırımı” ifadəsindən yayınmasına münasibəti belə olub:

“İndi bölgədə yeni nizam qurulur. Əsassız əzbərləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür.

İlk növbədə, tarixi prosesdə baş verənlərlə tarixçilər məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışırıq, arxivimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu əsarətdə saxladığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək.

Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor yox, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar, bunu görürük. Bunlardan xəbərdarıq. Vaxtaşırı xəbərdarlıqlar etmişik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
26
6
Mənbələr
Şərh ()
Bağla