AZ

PKK-nın televiziya kanallarına basqın edilib

Belçika mətbuatı xəbər verir ki, federal polis terror təşkilatı PKK-nın təbliğatını aparan "Sterk TV və Medya Haber TV"nin istifadə etdiyi ofislərə basqın edib.

News24.az xəbər verir ki, çox sayda Belçika polisinin qatıldığı əməliyyat çərçivəsində ofislərdə axtarış aparılıb. Təxminən 5 saat davam edən əməliyyatda bəzi kompüterlər və çoxlu sənəd ələ keçirilib.

Denderleeuw Bələdiyyə Başçısı Co Fonk terror təşkilatı televiziyasına polisin əməliyyat keçirdiyini təsdiqləyib.

Onu da bildirək ki, Belçikanın Baş naziri Alexander De Croo, "PKK kimi terror təşkilatı olaraq təsnif edilən bir təşkilata rəğbət və təxribata dözmək olmaz" dedi.

Xatırladaq ki, terror təşkilatı PKK/YPG-nin 150-yə yaxın tərəfdarı martın 25-də Brüsseldə Avropa Parlamentinin qarşısındakı barrikadaları sökərək polisə hücum edib. Əvvəlcə Türkiyənin Brüssel səfirliyinin yerləşdiyi küçəyə, daha sonra Aİ qurumlarının yerləşdiyi Şuman meydanına doğru getmək istəyən kütlə polis maneələri ilə qarşılaşıb.

Günel Məlikzadə



Seçilən
34
Mənbələr
Şərh ()
Bağla