AZ

Rusiya Ukrayna vətəndaşını casusluq etdiyi üçün saxlayıb

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Luqansk Xalq Respublikası üzrə əməkdaşları Rusiya Silahlı Qüvvələrinin dislokasiyası barədə məlumatları toplayıb Ukrayna Silahlı Qüvvələrinə ötürən Ukrayna vətəndaşını saxlayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

Məlumatda bildirilir ki, Rusiyanın Luqansk Xalq Respublikası üzrə Federal Təhlükəsizlik Xidməti xarici dövlətin xeyirinə fəaliyyət göstərən şəxsin qanunsuz fəaliyyətinin qarşısını alıb:

“Daxil olan materiallara əsasən, müəyyən edilib ki,  respublika ərazisində yaşayan Ukrayna vətəndaşı şəxsi motivləri əsas tutaraq, öz ölkəsinin silahlı qüvvələrinə kömək məqsədilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerlər haqqında məlumat əldə edib ötürüb”.

Qeyd edək ki, TASS-ın əldə etdiyi əməliyyat videosunda saxlanılan şəxs bildirib ki, bir qız ona Rusiya hərbçilərinin yerləşdirilməsi barədə məlumat toplamaqda kömək edib və bu məlumatları Telegram kanalları vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə ötürüb.

Rusiya Federasiyasının respublika üzrə Federal Təhlükəsizlik Xidməti həmin şəxsə qarşı casusluq maddəsi ilə cinayət işi açıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə İSAXAN

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla