AZ

"Kızıl Goncalar"a yeni aktrisa daxil olur - FOTO

Yayımlandığı gündən Türkiyədə qalmaqala səbəb olan "Kızıl Goncalar" serialına yeni aktrisa daxil olacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, reytinqlərdə ilk olan ekran işində aktrisa Didem İnselel rol alacaq.

O serialda prokuror Evren obrazında olacaq və "Fani" adlı təriqətdə baş verənləri araşdıracaq.

“Kızıl Goncalar”ın rejissorluğunu Ömür Atay edir.

Senari müəllifi isə Şükrü Necati Şahindir. Baş rollarda Mert Yazıcıoğlu və Mina Demirtaş çəkiliblər.

Serialda Özgü Namal və müğənni-aktyor Özcan Deniz də yer alır.

Ekran əsəri 19-cu bölümdə mövsüm finalına çıxacaq. 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla