AZ

Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO

Məşhur müğənni Teylor Svift yeni uğura imza atıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl "The Tortured Poets Department" adlı albomunu sevənlərini ixtiyarına verdi.

Albom "Spotify" musiqi platformasında bir gündə 300 milyon insan tərəfindən dinlənilib. Bununla da "The Tortured Poets Department" dünyda bu qədər qısa müddətdə ən çox dinlənilən albom kimi tarixə düşdü. 

Albomun ilk mahnısı "Fortnight" bütün dövrlərin ən çox dinlənilən ifası oldu. Teylor bu rekordu ilə məşhur həmkarı Adelin 2021-ci ildə təqdim etdiyi "Easy On Me" mahnısını geridə qoydu. Sənətçi "Spotify"dakı uğurunu "Apple Music"də də təkrarladı.

"The Tortured Poets Department" albomu "Amazon Music" platformasında da yüksək nəticə əldə etdi.

Karyerası boyunca bir çox ilkə və uğura imza atan Teylorun bu albomunun bir gündə 1.6 milyon nüsxəsi də sartılıb. İfaçı ötən il "Spotify"ın ən çox dinlənilən müğənnisi adını almışdı. 

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla