AZ

Belçika polisi PKK-nın televiziya kanallarında əməliyyat keçirib

Belçika polisi terror təşkilatı PKK-nın sözdə media strukturunlarına qarşı əməliyyat keçirib.

Bu barədə "İki sahil" "Anadolu"ya istinadən xəbər verir.

Belçika mətbuatının məlumatına görə, federal polis ölkənin Flaman bölgəsinin Denderleu qəsəbəsində yerləşən və terror təşkilatı PKK-nın təbliğatı ilə məşğul olan "Sterk TV” və “Medya Haber TV"nin ofislərinə basqın edib.

Çox sayda Belçika polisinin qatıldığı əməliyyat çərçivəsində ofislərdə axtarış aparılıb. Təxminən 5 saat davam edən əməliyyatda bəzi kompüterlər və çoxlu sənəd ələ keçirilib.

Denderleu Bələdiyyə sədri Co Fonk terror təşkilatının televiziyasında polisin əməliyyat keçirdiyini təsdiqləyib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla