AZ

İşğalda qalan 4 kəndin taleyi necə olacaq? - Açıqlama

“Qazaxın 4 kəndinin müharibə olmadan, bir güllə atılmadan qaytarılması Azərbaycanın növbəti zəfəridir. Kəndləri hərbi yolla da azad etmək olardı. Ancaq Azərbaycan danışıqlar yolunu seçdi. Bu da onu göstərdi ki, regiona digər dövlətlərin müdaxiləsi və vasitəçiliyi olmadan Azərbaycanla Ermənistan problemləri həll edə bilirlər. Tərəflər arasındakı danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur”.




Bunu millət vəkili Aydın Mirzəzadə Bakupost.az -a deyib.

O bildirib ki, bundan sonra digər 4 kəndin də məsələsinin çox keçmədən suveren hüquqlarımız çərçivəsində həlli gözləniləndir:

“Dörd kəndin işğaldan azad edilməsi Azərbaycanın gücünü göstərir. Artıq həmin ərazilər tam olaraq Azərbaycanın nəzarətindədir. Orada mina təhlükəsi yoxlanacaq, real vəziyyət araşdırılacaq və müvafiq hazırlıq görüldükdən sonra kəndlərin sakinləri geri qayıdacaq. Əminəm ki, çox keçmədən digər 4 kəndin də məsələsi öz həllini tapacaq. Ermənistan bu gün Azərbaycanınn suveren hüquqlarını qəbul etməyə məcburdur”.

Sevinc
BakuPost
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla