AZ

Qazaxın bu əraziləri bu gün geri qaytarılır? - Rəsmilər Paşinyana qarşı çıxdı

Bu gün Ermənistan hakimiyyəti Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Bağanis kəndindən Voskepara qədər olan ərazini Azərbaycana təhvil verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus "Qovorit Yerevan" Telegram kanalı yayıb.

Mənbə yazır ki, Gürcüstana gedən yol Azərbaycana verilən həmin ərazidən keçir.

Qeyd edək ki, ərazilərin bu gün geri qaytarılması xəbəri hələ öz təsdiqini tapmayıb. Son anda əldə edilən məlumata görə, Noyemberyan administrasiyası sərhədlərin delimitasiyasına qarşı çıxıb. Hətta Tavuş vilayətinin prokuroru Qor Aloyanın istefa verdiyi deyilir.

Bizim.Media

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla