AZ

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

Bakı, 23 aprel, AZƏRTAC

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisində ölkəmizdəki 20-dən çox nəşriyyat öz kitablarını tələbələrə təqdim edir. Tələbə oxucular sərgidə fəal iştirak edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında kitab sərgisində iştirak edən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev söyləyib.

“Nəşriyyatların sərgiyə çıxardığı kitablar müxtəlif mövzuları əhatə edir. Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr həm öz ixtisasları, həm də ölkəmizin ədəbiyyatını əks etdirən bədii ədəbiyyatlarla maraqlanırlar. Qeyd edim ki, sərgi gün ərzində, o cümlədən bugünkü məzmunda yarmarkalar il boyu davam edəcək", - deyə Ə. Ağamirzəyev vurğulayıb.

Qeyd edək ki, kitab sərgisi Bakı Dövlət Universiteti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

 

 

 

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla