AZ

Penaltilərə görə futbolçunun ailəsinə qarğış edirlər

Joao Kanselo “Barselona”nın Çempionlar Liqasını tərk etməsindən sonra tənqidlərə məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun səhvi ucbatından PSJ ilə matçda penalti təyin olunub və Mbappe onu uğurla qola çevirib. İtkidən sonra portuqaliyalının özünə və ailəsinə, o cümlədən doğma qızına ölüm arzulanmağa başlayıb.

Lakin Kanselonun “Real Madrid”lə oyunda növbəti səhvinə görə yenə də penalti təyin olunub. “Barselona” da bu görüşdə 2:3 hesabı ilə uduzub.

“Sosial şəbəkələrdə hələ doğulmamış qızımın ölümünü arzulayan şərhlər görürəm. Bu barədə heç kim mənim üzümə danışmır, təbii ki, o zaman onların problemləri olacaq. Amma bunu şərhlərdə yazırlar... Yaxşı olar ki, məni bir futbolçu kimi tənqid etsinlər, amma ailəmə toxunmasınlar”, - Kanselo bildirib.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla