AZ

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib.Baykal-Amur magistral yolunun çəkilişində iştirak edən veteranlarla görüşdə Prezident İlham Əliyevin də iştirakı Azərbaycan-Rusiya münasibətlərinin nə qədər yüksək olduğunu növbəti dəfə nümayiş etdirir:

"Azərbaycanla Rusiya arasında münasibətlərin kifayət qədər qədim tarixi var. İki ölkə arasında yaxşı qonşuluq və dostluq əlaqələri mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq platformalarda bir-birlərini hər zaman dəstəkləyiblər və xüsusilə Azərbaycanla Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsinə böyük təkan verib. Hesab edirəm ki, bu gün Azərbaycan Prezidentinin Rusiya üçün strateji əhəmiyyətə malik olan Baykal-Amur magistral yolunun açılışına dəvət edilməsi və Rusiya prezidenti tərəfindən həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev haqqında müsbət fikirlər bildirməsi Rusiyanın Azərbaycan rəhbərliyinə verdiyi dəyəri növbəti dəfə ortaya çıxarır. Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb ki, bu, kifayət qədər ciddi rəqəmdir. Rusiyada Azərbaycan investisiyalı xeyli şirkətlər var. Rusiya səhmdarları Azərbaycanda fəaliyyət göstərirlər, turizm sahəsində əlaqlərimiz yüksək səviyyədədir , iqtisadi əlaqələrimiz xeyli inkişaf edib. Daha əvvəl Rusiya Baş naziri Mixail Mişustinin Bakıya səfərində də Rusiya-Azərbaycan münasibətlərinin nə qədər inkişaf etdiyi rəqəmlərlə izah edilmişdi.Ölkələrarası münasibətlər sistemi Rusiya ilə əlaqələrin tam templə inkişaf etdiyini göstərir. Belə dostluq yaxın əlaqələr fonunda Baykal-Amur magistral yolunun çəkilişində iştirak edən veteranlarla görüşdə Prezident İlham Əliyevin də iştirakı Azərbaycan-Rusiya münasibətlərinin nə qədər yüksək olduğunu növbəti dəfə nümayiş etdirir".


BiG.Az
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla