AZ

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Pakistan

Bakı, 23 aprel, AZƏRTAC

Terrorizmi hər iki ölkə üçün ortaq problem hesab edən Pakistan və İran terror təhlükəsi ilə birgə mübarizə aparmaq qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, Pakistanın Daxili İşlər Nazirliyi bu barədə qurumun rəhbəri Mohsin Raza Nakvinin iranlı həmkarı Əhməd Vahidi ilə bazar ertəsi İslamabadda baş tutan görüşünün yekunlarına həsr olunan bəyanatında bildirib.

Bəyanatında terrorizmin ümumi təhdidinə qarşı birgə mübarizə üçün qarşılıqlı dəstəyin və kəşfiyyat məlumatlarının mübadiləsinin daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanır.

Yaxın vaxtlarda İslamabad və Tehran arasında bu sahədə əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

Nazirlər, həmçinin transsərhəd qaçaqmalçılığı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində də əməkdaşlıq barədə razılığa gəliblər.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla