AZ

Əlcəzair parlamentinin nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq assambleyasının Milli Müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin  memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüb.

"Unikal" xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlerarası əlaqələr üzrə işçi  qrupunun rəhbəri Mahir Abbaszadə və digər rəsmi şəxslər müşayiət ediblər.

Seçilən
5
50
Mənbələr
Şərh ()
Bağla