AZ

Bu il Azərbaycandan xaricə gedənlərin 68%-i hava nəqliyyatından istifadə edib

Bu ilin birinci rübündə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə 67,6 %-i hava, 30,9 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatı vasitəsilə gəlib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub. Azərbaycana isə dünyanın 171 ölkəsindən 513,5 min və ya illik müqayisədə 39,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla