AZ

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işlərə başlandığını təsdiqləyib

Bu gün Ermənistan hakimiyyəti Tavuş vilayətinin Bağanis-Voskepar (Əskipara) hissəsində Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işlərə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS Ermənistan Daxili İşlər Nazirliyinə istinadən yazıb.

Məlumata görə, Bağanis-Voskepar avtomobil yolu ətraf ərazilərdə aparılan minalardan təmizləmə işlərini və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bağlanıb.

“Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır. Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan təmas xəttində heç bir dəyişiklik nəzərdə tutulmur”, – məlumatda bildirilir.

Açıqlamadan belə çıxır ki, iki ölkənin delimitasiya komissiyalarının 8-ci iclasından sonra əldə olunan razılaşmalara əsasən, 2024-cü il aprelin 23-də geodeziya ölçmələri əsasında koordinatların müəyyən edilməsi prosesinə başlanılıb.

Azpost.info

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla