AZ

Dəmiryolu ilə yük daşınmalardan 430,3 milyon ₼ - GƏLİR GƏTİRİB

2023-cü ildə dəmiryolu nəqliyyatı ilə yük daşınmadan gəlirlər 430 milyon 316,9 min manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 36 milyon 177,2 min manat və ya 9,2% artıb.

2022-ci ildə dəmiryolu ilə yük daşımalarından 394 milyon 139,7 min manat gəlir əldə etmişdi.

Əldə edilmiş gəlirlərin  370 milyon 620,4 min manatı beynəlxalq, 59 milyon 696,5 min manatı isə daxili istiqamətlərin payına düşüb.

Beynəlxalq istiqamətlər üzrə daşınmış yüklərin 98 milyon 155,8 min manatı idxal, 99 milyon 346,9 min manatı ixrac, 173 milyon 1177 min manatı tranzit yüklərindən əldə edilmiş gəlirlərin payına düşüb.

Beynəlxalq istiqamətlərdən əldə edilən gəlirlər 33 milyon 188 min manat (9,8%), ondan idxal yüklərindən gəlirlər 1 milyon 658,2 min manat (1,7%), irxac yüklərindən gəlirlər 17 milyon 793,5 min manat (21,8%), tranzit yüklərindən gəlirlər (8,6%),  daxili reyslərdən əldə edilmiş gəlirlər isə 2 milyon 989,2 min manat (5,3%) artıb.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla