AZ

Avropa Komissiyası dünya bazarında təbii qazın qiymətinin aşağı düşəcəyini gözləyir

Avropa Komissiyası (AK) tədarük həcmlərinin artması səbəbindən dünya bazarlarında təbii qazın qiymətinin azalacağını proqnozlaşdırır.

APA-Ecconomics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin plenar iclasında AK rəhbəri Ursula fon der Lyayen deyib.

"Enerji böhranı zamanı çoxlu investisiyalar yatırıldı. Yeni enerji ixrac layihələrinin böyük dalğası bazara daxil olur. Və ola bilsin ki, tezliklə qlobal enerji qıtlığından onun bolluğuna keçəcəyik. Nəticədə qazın qiymətinin aşağı düşəcəyini gözləyirik. Bu da öz növbəsində bizə bərpa olunan enerjini daha da inkişaf etdirmək imkanı verəcək”, - Ursula fon der Lyayen qeyd edib.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla