AZ

Azərbaycana gələn turistlərin sayı artıb- RƏSMİ

2024-cü ililn yanvar-martında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib

Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb.
 
Cari ilin yanvar-martında Azərbaycana 171 ölkədən 513,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Aytac

www.anews.az
Seçilən
37
6
Mənbələr
Şərh ()
Bağla