AZ

Tural İsmayılov: "Ola bilsin ki, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyaları ..."

Azərbaycan və Ermənistan Baş nazirlərinin son görüşündən sonra Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsinə dair razılıq əldə olunub. Hazırda Azərbaycanın Ermənistanda 4, Ermənistanın Azərbaycanda 1 anklavı mövcuddur. Anklavların dəyişdirilməsi prosesi hansı prinsipə əsaslanaraq həyata keçiriləcək?

Mövzu ilə bağlı suallımızı cavablandıran politoloq Tural İsmayılov bildirdi ki, delimitasiya komissiyalarının bundan sonrakı iclaslarında bu məsələlər əsas müzakirə mövzularından biri olacaq:

“Çünki artıq Qazaxın dörd kəndi Azərbaycana qaytarılıb. Amma bizim Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Kərki kəndi ilə bağlı prinsipial mövqeyimiz var. Ola bilsin ki, bu delimitasiya komissiyalarının iclaslarının növbəti mərhələlərdə qarşılıqlı şəkildə ərazilərin qaytarılması məsələsi müzakirə edilə bilər. Ola bilər ki, ümumiyyətlə, Başkəndlə bağlı Ermənistanın ortaya qoyduğu mövqeyin nə qədər tarixi, elmi əsaslarının olduğu  müzakirə ediləcək. Hazırda prosesdə problem bizim qarşımızda Ermənistandan daha çox Ermənistan maskası geyinmiş, Ermənistanı bir oyuncaq kimi istifadə edən xarici qüvvələr dayanması və təhdid və təhlükə kimi xarici qüvvələrin mövcudluğudur. Lakin bununla bağlı beynəlxalq münasibətlər sistemində də presedentlər var. Ola bilsin ki, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyaları sonrakı iclaslarda beynəlxalq təcrübəyə istinad etsinlər, ya da tamamilə iki ölkə danışıqlarına xas yeni bir format müzakirə edilsin. Hesab edirəm ki, Qazaxın dörd kəndinin qaytarılmasından sonra müəyyən çətinliklər arxada qalıb və iki ölkə vasitəçisiz danışıb, nəticələr əldə edə biləcəklərini nümayiş etdiriblər. Bu format növbəti məsələləri də müzakirə edilən zamanda da  davam edəcək”.

Emin ŞİRVANZADƏ

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla