AZ

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

Rusiyalı

Moskva, 23 aprel, AZƏRTAC

Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Vedomosti” nəşrinə Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun baş elmi işçisi Stanislav Pritçin bildirib.

O qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərini Ermənistanda çox diqqətlə izləyirlər. Pritçin vurğulayıb ki, Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır.

“Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından da əhəmiyyətlidir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Qarabağ probleminin həlli əvvəllər Moskva ilə Bakı arasında münasibətlərin inkişafına əngəl olan maneələri aradan qaldırır. Ermənistanın hakimiyyət orqanları üçün bu vəziyyət “maksimum dərəcədə əlverişsizdir”.

“Təsadüfi deyil ki, İlham Əliyevin birgünlük səfəri fonunda Paşinyanın da Vladimir Putin ilə görüşmək ehtimalı barədə dərhal söz-söhbət yayıldı. Hələ bir həftə bundan əvvəl bu mövzu gündəlikdə yox idi”, - deyə Pritçin bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla