AZ

İsveçrə Rusiyanın aktivlərinin bir qismini blokdan çıxarıb

İsveçrə Rusiya ilə əlaqəli aktivləri blokdan çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS ölkə hakimiyyətinə istinadən yazıb.

Agentliyin məlumatına görə, 290 milyon frank dəyərində aktivlər blokdan çıxarılıb.

Aktivlərin blikdan çıxarılmasının səbəbləri açıqlanmayıb.

“RİA Novosti”nin məlumatına görə, İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,86 milyard dollar azalaraq 6,35 milyard dollara düşüb.

Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi haqqında qanun layihəsini qəbul edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın qeyri-qanuni təşəbbüsünə cavab verəcək. Onun sözlərinə görə, bu məsələyə məhkəmə proseslərində baxılacaq.

Azpost.info

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla