AZ

İsveçdə cins dəyişmə yaşı endirildi

İsveç parlamenti qanuni cinsiyyətin dəyişdirilməsi yaşını 18-dən 16-ya endirən qanunu 94 əleyhinə, 234 lehinə səslə təsdiqləyib. Yeni qanun 2025-ci ilin iyulunda qüvvəyə minəcək.

Yenisabah.az xəbər verir ki, İsveç 1972-ci ildə cinsiyyətin dəyişdirilməsini qanuniləşdirən ilk ölkə olub. Lakin son qanun ölkədə gərgin müzakirələrə səbəb olub.

Onun tərəfdarları deyirlər ki, yeni tənzimləmə əhəmiyyətli dəyişiklik yaradacaq. Əleyhdarlar daha çox araşdırma tələb edir və bunun lazımsız olduğunu bildirirlər.

Yeni qanunla İsveçdə hüquqi cinsin dəyişdirilməsi prosesi daha da asanlaşacaq.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla