AZ

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Əziz

Bakı, 23 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyi uzun illərdir ki, Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışır. Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdılrması istiqamətində Agentlik əlindən gələni edir. Professor Kamran İmanovun bu mövzuda xarici dillərdə nəşr edilən əsərlər stolüstü kitablara çevrilib. Onu da qeyd edim ki, bu sahədə problemlərdən biri məhz xarici dillərdə kitabların olmamasıdır. Professor Kamran İmanovun bu kitabları ilə həmin boşluq aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.

O bildirib ki, tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi öz əksini tapıb. Konsepsiyada, həmçinin Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb.

Əziz Ələkbərli vurğulayıb ki, Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla