AZ

Martines gedəcək, yoxsa qalacaq?

Lautaro Martines haqda şayiələrin səngiməməsi klubunu onunla müqaviləni yeniləməyə vadar edir.

“İnter” rəhbərliyi tezliklə hücumçu ilə müqaviləni yeniləyəcək. Tərəflər artıq bu mövzuda razılığa gəliblər. “La Gazzetta dello Sport”un yazdığına görə, argentinalı hücumçunun müqaviləsinin müddəti 5 illiyə artırılacaq. 26 yaşlı Lautaronun illik məvacibi isə 9 milyon avro olacaq. Yeni müqavilə ilə bağlı rəsmi məlumatın komandanın ölkə çempionluğunu rəsmiləşdirəndən sonra yayılacağı bildirilib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla