![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/4/23/1/11198344-ddc7-41bd-8e47-5775ee0b71f3/baganis-voskepar-yolu.jpg)
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) minatəmizləmə işlərinin aparılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.
Yeniavaz.com “Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.
“Bu gün Bağanis-Voskepar yolunda delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.
Ermənistan DİN vurğulayıb ki, hazırda təmas xəttində hər hansı dəyişiklikdən söhbət getmir. Sərhədin delimitasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi sərhəd qoşunlarına veriləcək.