AZ

Tokayevin genosid abidəsinə getməməsi Ermənistanda müzakirə olunur

Aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İrəvana səfəri zamanı genosid qurbanları abidəsinə getməməsi Ermənistanda müzakirələrə səbəb olub.

Herbiand.az xəbər verir ki, bunula bağlı KİV xarici işlər nazirliyinə sorğular göndərib və Qazaxıstan Prezidentinin abidəni niyə ziyarət etmədiyini soruşublar.   

“Protokol prosedurlarına uyğun olaraq, Qazaxıstan prezidentinin səfəri zamanı prezident, baş nazir və parlamentin sədri ilə görüşlər keçirilib. Səfər və müzakirə olunan məsələlərin əhatə dairəsi və ziyarət olunacaq məkanlar qarşılıqlı razılaşma ilə müəyyən olunur”, - deyə cavabda bildirilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistana səfər edən yüksək qonaqların genosid abidəsini ziyarəıt etməsi rəsmi protokola daxil edilirdi.

Herbiand.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla