AZ

Boyer Əhməd əyalətinin bir rayonunda 69 gənc intihar edib

Iranda intihar hallarının artması ilə bağlı yeni məlumat yayılıb və bildirilib ki, Kohgiluye və Boyer Əhməd əyalətinin bir rayonunda 69 gənc özünə qəsd edərək həyatına son qoyub.

Bu barədə parlamentin Təhsil Komitəsinin üzvü Mehdi Roşənfikr məlumat verib.

O, intihar edənlərin əksəriyyətinin gənc olduğunu və əyalətdə qeyd olunan səbəblərə görə özünə qəsd hallarının kəskin artdığını deyib.

Bununla eyni vaxtda əyalətin Boyer Əhməd şəhərinin səhiyyə şəbəkəsinin rəhbəri Behnam Niyazı intihar edənlərə yas mərasimlərinin keçirilməsinin qadağan edilməsini təklif edib.

O, özünə qəsd edənlər üçün ənənəvi dəfn mərasimlərinin keçirilməsinin yersiz olduğunu söyləyib və bələdiyyələrdən buna qarşı tədbirlər görməyi istəyib.

Rəsmi məlumatlara görə, son 7 ildə 40 min nəfərdən çox iranlı intihar edib və bu, öncəki illərə nisbətdə artmaqda davam edir.

visiontv.az



Seçilən
31
Mənbələr
Şərh ()
Bağla