AZ

Olaf Şolz Vladimir Putinə Emmanuel Kanta istinad etməyi qadağan etdi

Almaniya kansleri Olaf Şolz bildirib ki, Kreml hökmdarı Putinin çıxışlarında alman filosofu Emmanuel Kanta istinad etməyə haqqı yoxdur.

Editor.az xəbər verir ki, Kantın anadan olmasının 300 illiyi ilə bağlı keçirilən mərasimdə kansler Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin filosofun bütün fundamental prinsiplərinə zidd olduğunu bildirib.

“Putinin Kanta istinad etmək üçün ən kiçik bir səbəbi yoxdur, buna baxmayaraq, Putin rejimi hələ də Kantı və onun işini demək olar ki, nəyin bahasına olursa olsun mənimsəməyə çalışır”, – deyə Solz bildirib. Onun sözlərinə görə, Kantın insan haqları və insan ləyaqəti haqqında fikirləri, eləcə də müharibə və sülh haqqında düşüncələri müharibə və Putinin öz ölkəsində tətbiq etdikləri ilə birləşdirilə bilməz”, – siyasətçi əlavə edib.

Daha əvvəl Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov demişdi ki, Kant “Kalinqrad vilayətindəki hər şey kimi Rusiyanın qənimətidir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
115
4
Mənbələr
Şərh ()
Bağla