AZ

İran Azərbaycana qarşı qərəzli çıxışlardan çəkinməlidir - Qüdrət Həsənquliyev

İran Azərbaycana qarşı qərəzli açıqlamalardan çəkinməlidir. Bunu deputat Qüdrət Həsənquliyev deyib. 
 
"İranın Azərbaycana münasibəti dəyişməlidir. Biz İranla qonşuyuq. Orada çoxlu sayda azərbaycanlılar yaşayır. Münasibətlərə zərər verən açıqlamalardan çəkinmək lazımdır. Bu cür təziqlər nəticə verməyəcək. İran da düz yola qayıtsa yaxşı olar", - deputat aprelin 22-də Milli Məclisdə çıxışında bildirib. 
 
Deputat həmçinin Ermənistana səslənərək bildirib ki, Azərbaycana qarşı düşmənçiliyə son qoymalıdır. 
 
"Ermənistan siyasi rəhbərliyi nə qədər tez düşmənçiliyinə tez son qoysa daha yaxşı nəticələr əldə olunacaq",- deputat söyləyib.  
 
 
Aprelin 18-də Paşinyan bildirib ki, Ermənistan son 30 ildə qanunsuzluk mühitində yaşayıb və buna son qoymaq üçün regionda qanunun aliliyini bərqarar etmək lazımdır.
 
"Azərbaycan "50 metr uzaqdadır" sözünü həyacanla deyil, yaxşı Azərbaycan "50 metr uzaqdadır" deməliyik. Orada ticarətlə məşğul olacayıq, ferma tikəcəyik, hətta avtomobillərin hərəkəti üçün imkan yaranacaq. 100% zəmanət vermirəm, amma addım-addım bu səviyyəyə çatacayıq. Ermənistan bu xəttlə davam edərsə yüz faiz güclənəcək. Ermənistan son 30 ildə qanunsuzluk mühitində yaşayıb və buna son qoymaq üçün regionda qanunun aliliyini bərqarar etmək lazımdır.", - Paşinyan vurğulayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
2
Mənbələr
Şərh ()
Bağla