AZ

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Azərtütün”

Zaqatala, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax və Şəki rayonlarında bu günədək 138,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.

Qurumdan bildirilib ki, bu il ASC tərəfindən həmin rayonlarda 692,6 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 56 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 474,3 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən də cari mövsümdə 218,3 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu günədək şirkət tərəfindən Qax rayonunda 63,7 hektar, Şəkidə 33,2 hektar, Balakəndə 28,6 hektar, Zaqatala rayonunda isə 13,2 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.

 

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla