AZ

""TikTok"er Əli Kərimli kompüterə çıxıb danışır ki..." - Siyavuş Novruzov

“Azərbaycanın uğurları artdıqca, Azərbaycanı sevməyənlər öz məkirli siyasətini həyata keçirir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Azərbaycan hər addımı beynəlxalq hüquq çərçivəsində atır. Dünya dövlətləri özünü ədalətli adlandırsa da, Azərbaycana qarşı haqlı mövqe ortaya qoymurlar. Dinc sakinlərə qarşı atəş açanlara, Gəncəni, Bərdəni bombalayanlara qarşı heç bir sanksiya irəli sürülmür. Balayan öz cinayətlərini kitablarında etiraf edib, amma ona qarşı heç bir cinayət işi açılmayıb. Azərbaycanda bir “TikTok”er var, Əli Kərimli, kompüterə çıxıb danışır, təbii ki, kompüter danışa bilmir. Onu dəvət edirik internet televizyalarına ki, gəlsin izah edək ki, dünya nədir. Dünya öz vətənini sevməkdir”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla