AZ

"İran vaxtında düz yola qayıtsa yaxşı olar”

“Parlament tribunasından Ermənistana müraciət etməliyik ki, Naxçıvana gediş-gəlişi bərpa etsin, sülh müqaviləsi imzalansın”. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Ermənistan xalqının yaxşı yaşaması qonşuları ilə yaxşı münasibətdən keçir. Bizim qonşumuz İran da Azərbaycana qarşı düşmənçilik münasibətini dəyişməlidir. Necə ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da yürütdüyü siyasətin nəticəsi olmayacaq. İran vaxtında düz yola qayıtsa yaxşı olar”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla