AZ

Xocalı soyqrımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara hələ də sanksiya tətbiq edilməyib - Səyavuş Novruzov

Bakı. Trend:

Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyatakeçirməyə başlayıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriləniclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə dəAzərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasipartiyalar və s.- dir.

“Azərbaycan hər zaman atdığı addımı beynəlxalq hüquq normalarınauyğun atır”, - o deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycanın tələb etdiyi və ortayaqoyduğu məsələlər haqq işidir.

“Əfsus ki, bəzi ölkələr özlərini demokrat adlandırsa da, buaddımların heç birində Azərbaycanın haqq işində nəinki dəstəkgöstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri vədigər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalısoyqrımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayəttörədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günəqədər hələ sanksiya tətbiq olunmayıb.

Azərbaycanda Əli Kərimli adında “tiktoker” var. Bir kompüter,bir də özüdür. Qoyur qabağına danışır. Təbii ki, kompüter danışabilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarətiçatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytdafikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədənibarətdir. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülənişlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlarvermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”, - deyəo vurğulayıb.

Məqalədə:
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla