AZ

"Bəzi bölgələrdə şəkər, xərçəng daha çoxdur" - Deputat

“Ölkədə bir-birini təkrarlaryan səhiyyə orqanlarına ehtiyac yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

“Müalicə TƏBİB-in işidir, səhiyyə siyasəti isə nazirliyindir. TƏBİB və İTS-yə təşəkkür edirəm, amma eyni zamanda həllini tapmayan problem var. Bütün bölgələr üzrə səhiyyə xidmətləri yaradılmalıdır. Yas mərasimlərdə olarkən danışıqlardan hiss edirəm ki, bəzi bölgələrdə şəkər, xərçəng daha çoxdur. Bu araşdırmalıdır, bəlkə ətraf mühitdən asılıdır, qidadan asılıdır. Aldığım məktublara, eşitdiklərimə və müraciətlərə əsasən, mülahizələrimi irəli sürürəm. Amma bütün bu problemləri 3 dəqiqəyə sığdırıb hamısını danışa bilmək imkanım yoxdur”,- deyə R.Nurullayev vurğulayıb.

Humay İSGƏNDƏRLİ

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla