AZ

PROBLEM: Birinci hal deyil, tez zamanda bunlar da söküləcək - VİDEO

Azərbaycan Premyer Liqasının son hesabat turunda “Turan Tovuz” – “Sumqayıt” matçına ev sahibliyi edən Tovuz şəhər stadionunda növbəti dəfə təhlükəli anlar yaşanıb.

Sözügedən arena bu dəfə də işıq dirəyinin yellənməsi ilə gündəmə gəlib.

Klubdan redjaksiyamıza verilən məlumata görə, bu, birinci belə hadisə deyil. Əvvəlki günlərdə də küləkli hava zamanı işıq dirəyinin yellənməsi faktı qeydə alınıb.

O da bildirilib ki, problemin qısa müddətdə həlli istiqamətində addım atılacaq. Yaxın günlərdə dirəklərdən üçü də söküləcək. Bunun üçün texniki işçi heyəti ayrılıb.

Daha öncə Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun (2:1) gedişində işıq dirəklərindən biri aşmışdı. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.

SPORTİNFO.AZ

Daha öncə baş verən hadisənin videosu:

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla