AZ

Ayvalık sahillərində 36 qanunsuz miqrant xilas edilib

Türkiyənin Balıkesir şəhərində 36 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Balıkesirin Ayvalık sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.

Bölgəyə Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığının gəmisi göndərilib.

Qayıqda olan 36 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Həmin ərazidə Yunanıstanın Midilli adasına doğru üzən digər bir qayıq isə Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-12) tərəfindən təsbit edilərək dayandırılıb.

Qayıqda olan 31 qeyri-qanuni miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla