AZ

Paytaxtda məktəblilərə siqaret satanlar cərimələndi

Bakı. Trend:

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütünməmulatlarının satışının qarşısının alınması istiqamətində polisəməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davametdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, NərimanovRPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşınaçatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkarolunub.

Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktiksöhbətlər aparılıb. Həmin obyekt sahibləri barəsində İnzibatiXətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtibedilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxtla yanaşı,bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatlarınsatışının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərmütəmadi olaraq davam etdirilir.

Seçilən
12
11
Mənbələr
Şərh ()
Bağla