AZ

İranda Krım-Konqo hemorragik qızdırmasına yoluxanlar artır: Ölən var

Bakı. Trend:

20 martdan bəri İranın cənub-şərqində yerləşən Sistan vəBəluçestan vilayətində Krım-Konqo hemorragik qızdırmasına 6 yoluxmahalı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və TibbiTəhsil Nazirliyinin rəsmisi Məhəmməd Rza Şirzadi deyib.

Onun sözlərinə görə, Krım-Konqo hemorragik qızdırmasınayoluxanlardan biri ölüb. Nazirlik rəsmisi bildirib ki, yoluxmaheyvanın kəsilməsi və ətinin doğranması zamanı baş verib.

Şirzadi bildirib ki, bu xəstəliyin virusuna yoluxmanınəlamətləri 2 həftə sonra özünü göstərir və adətən yüksək hərarətləmüşahidə olunur. Şirzadi ötən İran ilində (21 mart 2023 -20 mart2024) İranda Krım-Konqo hemorragik qızdırmasına 77 nəfərinyoluxduğunu qeyd edib.

Qeyd edək ki, Krım-Konqo hemorragik qızdırma virusu heyvankəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər.Bu səbəbdən İranda həyətlərdə və ictimai məkanlarda heyvan kəsimitövsiyə olunmur. Heyvanlar sadəcə sallaqxanalarda xüsusi nəzarətaltında kəsilməli və ət ən azı 1 sutka soyuducuda mənfi 4 dərəcədəsaxlanılmalıdır.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla