AZ

BAM-a uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq - Veteran

Moskva. Trend:

Baykal-Amur Magistralına uğurlu rəhbərliyinə görə Heydər Əliyevəminnətdarıq.

Trend xəbərverir ki, bu barədə 1974-1983-cü illərdə BAM-ın tikintisindəÜmumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsininkeçmiş qərargah rəisi olmuş Yuri Verbitski Kremldə jurnalistlərədeyib.

"Hər şey möhtəşəm həyata keçirildi. Azərbaycanlılar BAM-da daimistansiyanı uğurla tamamladıqdan və daimi qəsəbə tikdikdən sonradaha bir stansiyanın - Anqoya stansiyasının tikintisinə başladılar.Stansiyanın vağzalı Heydər Əliyevin şərəfinə adlandırılıb. BAM-ıntikintisində töhfəsinə görə ona minnətdarıq. Hesab edirəm ki, oSSRİ rəhbərliyində qalsa idi, Sovet İttifaqı indiyə qədərçiçəklənərdi", - deyə veteran bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevinvə Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları vəişçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralıntikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müaviniolaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaqqərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüşnöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla