AZ

İsrailin hücumları yeni miqrasiyaya səbəb oldu

İsrail ordusunun intensiv artilleriya atəşi ilə hədəfə aldığı Qəzza zolağının şimalında yeni köç dalğasının yaşandığı bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın şimalında bir neçə bölgədə İsrail ordusu ilə fələstinli qruplar arasında toqquşmalar saatlarla davam edir.

İsrail ordusu toqquşmaların baş verdiyi Beyt Lahya, Beyt Hanun və Beyt Hanun (Erez) Sərhəd Qapısı yaxınlığındakı əraziləri intensiv artilleriya atəşi ilə bombalayır.

İsrailin intensiv artilleriya atəşi səbəbiylə şimaldakı Beyt Lahya qəsəbəsindən Cibaliya Qaçqınlar Düşərgəsinə yeni köç dalğası yaşanıb.

Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Beyt Hanun bölgəsində bəzi İsrail əsgərləri və bir hərbi maşının Yasin-105 raketləri ilə hədəf alındığı bildirilib.

Ayşən
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla