AZ

“Uğurlar artdıqca Azərbaycanı sevməyənlər öz məkirli siyasətini həyata keçirir” - Siyavuş Novruzov

“Azərbaycanın uğurları artdıqca, Azərbaycanı sevməyənlər öz məkirli siyasətini həyata keçirir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov  deyib.

“Azərbaycan atdığı hər addımı beynəlxalq hüquq çərçivəsində atır. Dünya dövlətləri özünü ədalətli adlandırsa da Azərbaycana qarşı haqlı mövqe ortaya qoymurlar. Dincə sakinlərə qarşı atəş açanlara, Gəncəni, Bərdəni bombalıyanlara qarşı heç bir sanksiya irəli sürülmür. Balayan öz cinayətlərini kitablarında etiraf edib, amma ona qarşı heç bir cinayət işi açılmayıb. Azərbaycanda bir “TikTok”er var Əli Kərimli, kompüterə çıxıb danışır, təbii ki, komputür danışa bilmir. Onu dəvət edirik internet televizyalarına ki, gəlsin izah edək ki, dünya nədir. Dünya öz vətənini sevməkdir”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla