AZ

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan nümunələrinin mənimsənilməsi hayların köhnə adətidir. Erməni saxtakarları tərəfindən hələ 1967-ci ildə dərc edilən kitab Azərbaycan nümunələrindən mənimsənilmiş kitab toplusu səviyyəsində buraxılıb.

AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.

Kamran İmanov diqqətə çatdırıb ki, “Erməni folkloru” (1967) kitabının müqəddiməsində A.Salahyanın təsvir etdiyi kimi, məşhur Molla Nəsrəddinə “qohumluğu çatan” “Qarabağ yumor ustası Pulu-Puqi”dən Q.Karapetyanın tərcüməsində nümunə verilib. Guya Pulu-Puqi Qarabağ məliki Məlik-Şahnəzərin yanında təlxəklik edib.

“Pulu-Puqi və oğrular” rəvayətində oğrular Pulu-Puqinin evinə girəndə bu qəhrəman onlardan gizlənir, oğrular heç nə tapmayıb ondan niyə gizləndiyini soruşanda o, utandığım üçün gizlənmişəm cavabını verir.

“Bu təqdimatı Molla Nəsrəddinin məşhur “Molla və oğru” lətifəsi ilə müqayisə etdikfə plagiat faktı üzə çıxır.

Ermənilər Qarabağın erməni məliklərinə məxsus olması barədə yalanla yanaşı, Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar”, - deyə Kamran İmanov bildirib.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla