AZ

Naçonun yerini o tuta bilər

“Real” mövsümün sonunda komandanı tərk edəcək Naço Fernandesin əvəzləyicisini tapıb.

“Mundo Deportivo”nun yaydığı xəbərə görə, Madrid klubu “Lill”in müdafiəçisi Leni Yoro ilə danışıqlara başlayıb. 18 yaşlı oyunçunu PSJ-də heyətinə cəlb etməyi planlaşdırır. Lakin fransalı futbolçu İspaniyada oynamaq istəyir.

Naço “Real”ın yetirməsidi. Bu komanda ilə 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla