AZ

“Kəpəz”də itki

“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının XXXII turunda “Qəbələ” ilə matçda iştirak etməyəcək.

Msport.az xəbər verir ki, zədə səbəbindən ötən tur “Sabah”la matçda da meydana çıxa bilməyən hücumçunun müalicəsi davam edir.

Təcrübəli hücumçunun 33-cü turun “Neftçi” – “Kəpəz” qarşılaşmasında meydanda olacağı ehtimal edilir.

Qeyd edək ki, Yunanov Premyer Liqanın 30-cu turunun “Səbail”lə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla