Polşa Ekstraklassada 29-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" bu dəfə də uduzub.
Turnir cədvəlinin son pillələrində qərarlaşan Lodz təmsilçisi "Lex"lə qarşılaşıb. Matç Lodz klubunun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Meydana start heyətində çıxan millimizin müdafiəçisi sona qədər oynayıb.
"LKS Lodz" 21 xalla 17-ci pillədədir.