AZ

Erməni lobbisinin Qubad İbadoğlu FİASKOSU

Bayaqdan müşahidə edirəm: başlayıblar ki, bəs Qubad İbadoğlu guya ABŞ-nin təkidi ilə ev dustaqlığına buraxılıb. Bütün bunlar isə erməni lobbisi tərəfindən Vətənimizə və dövlətimizə qarşı növbəti qarayaxma kampaniyasıdır.

Bu sözləri İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Toğrul Allahverdili deyib.

“Bayaqdan müşahidə edirəm: başlayıblar ki, bəs Qubad İbadoğlu guya ABŞ-nin təkidi ilə ev dustaqlığına buraxılıb. Bütün bunlar isə erməni lobbisi tərəfindən Vətənimizə və dövlətimizə qarşı növbəti qarayaxma kampaniyasıdır.

Niyə erməni lobbisi tərəfindən?

Çünki aprelin 24-ü qondarma “erməni soyqırımının” ildönümüdür və bu saxta tarix ərəfəsində saxtakarların hərəkətə keçməsini biz anlayışla qəbul edirik. Baxmayaraq ki, onlar bu qarayaxmanı və bu saxtakarlığı az qala tarixi qələbə kimi qeyd edirlər.

Xəyanətkar, satqın, erməni pulu ilə Azərbaycan dövlətçiliyinin, xalqının, millətinin əleyhinə işləyənlərdən bundan artıq nə gözləmək olardı ki?

Onları da nə qədər qınayasan axı: 1990-cı ildən bəri Azərbaycana düşmən mövqeyində dayanmış bu ünsürlərin xəyanətkarlığı artıq damarlarına da hopub. Ən acınacaqlısı odur ki, onlar
öz övladlarını da bu ruhda yetişdirir və bilə-bilə evlərində casus və qatil böyüdürlər. Casusluqdan, xəyanətkarlıqdan, saxtakarlıqdan qazanılan pul ilə alınan çörək haram deyilmi? Haram yeyərək böyüyənlərdən necə vətənpərvər çıxa bilər?

Əzizlər, hər kəsə məlumdur ki, Q.İbadoğlunun ev dustaqlığşna buraxılması ilə bağlı prosedur artıq bir aydan çoxdur aidiyyəti orqanlar tərəfindən nəzərdən keçirilirdi və sadəcə olaraq qərar bu günə təsadüf edib. Əlbəttə ki, bunun erməni kampaniyasına yaxından-uzaqdan heç bir dəxlisi yoxdur.

Bu, əslində Azərbaycanda məhkəmə-hüquq sisteminin ədalətliliyinin və şəffaflığının nümayişidir. Biz başqa ölkələri deyə bilmərik, amma kimliyindən asılı olmayaraq bu ölkədə hər kəs qanun qarşısında bərabərdir. Əgər məhkəmə Q.İbadoğlunun ev dustaqlığına buraxılmasına qərar verirsə, deməli onun səhhəti və digər zəruri məsələlər hərtərəfli nəzərə alınıb. Onun cinayət törətdiyi sübuta yetiriləcəksə, cəzasını da alacaq. Ev dustaqlığı isə sadəcə humanizm prinsiplərinə söykənməyən təzahürüdür”.

İnterpress.az

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla