AZ

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir -YENİLƏNƏCƏK

Əqli

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu – UNESCO-nun elan etdiyi 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilmiş 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanın 1997-ci ildən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü, 2001-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etdiyini diqqətə çatdırıb.

“Aprel ayı bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Professor Kamran İmanov qeyd edib ki, builki bayram günləri xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, bu əlamətdar günləri qalib xalqımızın nümayəndələri tam suverenliyini bərpa edən respublikamızın hər yerində, Vətənimizin hər bir guşəsində qeyd edirlər.

Professor Kamran İmanov Azərbaycan xalqının arzusuna çatmasında, Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla